"Bullinq nədir?" mövzusunda psixoloji maarifləndirmə
Məktənin psixoloqu Məmmədova Nuriyyə tərəfindən virtual məktəb platforması üzərindən VII sinif şagirdləri ilə "Bullinq nədir?" mövzusunda psixoloji maarifləndirmə işi keçirildi. Görüşdə şagirdlərə bullinqin formaları, bullinq davranışına məruz qaldıqda necə davranmalı olduqları barədə məsləhətlər verildi. Sonda şagirdlərə "Mənimlə danış" adlı sosial çarx nümayiş etdirildi. Şagirdlərin fikirləri dinlənildi və qarşılıqlı müzakirələr aparıldı.