İkinci yarımil üçün hazırlıq işləri həyata keçirilir
01 fevral 2021-ci il tarixdən I-IV sinif şagirdləri və məktəbəhazırlıq qruplarında oxuyan uşaqlar əyani formada təhsilə cəlb ediləcək.
Bu məqsədləməktəbdə hazırlıq işləri həyata keçirilir.
İlk öncə inzibati heyət ilə ibtidai sinif rəhbərlərinin onlayn görüşü təşkil edildi, rəhbərlik tərəfindən xüsusi karantin rejimi dövründə təhsilin təşkil qaydaları bir daha onların nəzərinə çatdırıldı, valideynlər arasında maarifləndirmə işlərinin davam etdiriliməsi tövsiyyə edildi. İkinci yarımil üçün hibrid dərs cədvəllərinin bir daha nəzərdən keçirilərək müvafiq düzəlişlər edilərək təsdiq edildi.
Bundan əlavə məktəb ərazisi və sinif otaqlarının təmizliyi və dezinfeksiya edilməsi təşkil olundu. Məktəb ərazisində və foyesində müvafiq təlimati işarələr yerləşdirildi, sanitariya qovşaqları, eləcə də əlavə ehtiyat qapıları hazır vəziyyətə gətirildi.