I yarımıllik qiymətləndirmələrə start verildi

I yarımıllik qiymətləndirmələrə start verildi

22 yanvar 2021-ci il tarixdən başlayaraq Microsoft Teams platforması üzərindən  "Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası" na müvafiq olaraq məktəb şagirdlərinin I yarımil üzrə qiymətləndirilməsinə start verildi.

“Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” na əsasən, II-XI siniflərdə bütün fənlər üzrə summativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən distant formada aparılır.
Summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür. 45-60 dəqiqə ərzində təşkil olunan summativ qiymətləndirmə nəticəsində müəyyən edilmiş ballar şagirdlərin yarımillik qiymətləri hesab olunur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi