Qarabağa musiqili səyahət

Azərbaycan Respublikası Təhsil Nazirliyinin " Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" 16.11.2020-ci il tarixli F-512 nömrəli əmri ilə təsdiq olmuş fəaliyyət planına uyğun olaraq "Qarabağa musiqili səyahət" adlı tədbir keçirildi. Məktəbimizin musiqi müəllimi Şəlalə İsmayılovanın təşkilatçılığı ilə 6b sinif şagirdləri və dəvət olunmuş qonaqlar birlikdə musiqi beşiyimiz olan Qarabağa səyahət etdilər. Onlar Qarabağda doğulub, boya-başa çatmış bəstəkarların, xanəndələrin həyat və yaradıcılığı ilə bağlı videoçarxı izlədikdən sonra şagirdlərin hazırladığı təqdimatları dinlədilər. Bütün iştirakçılar bir daha əmin oldular ki, Qarabağ qədim Azərbaycanımızın musiqi beşiyidir, sanki o torpağın suyunu içən, havasını udanların qanı, canı musiqi ilə yoğrulub. Qarabağ torpağından olan insanların belə gözəl musiqi duyumu, gözəl səsi olduğunun şahidi olduqlarını bir daha vurğuladılar. Qarabağa musiqili səyahət isə şairin bu misraları ilə sonlandırılmışdır: QARABAĞ AZƏRBAYCANDIR, GERİSİ CƏFƏNGİYYATDIR!!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi