Qarabağ folkloru da bir tarixdir!
Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" F-512 nömrəli əmri ilə təsdiq olmuş fəaliyyət planına uyğun olaraq "Qarabağ və işğaldan azad olmuş digər bölgələrin şifahi xalq yaradıcılığı" mövzusunda "Qarabağ folkloru da bir tarixdir" adlı onlayn dərs keçirildi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Afaq Hacıyevanın təşkilatçılığı ilə 5c sinif şagirdləri onlayn dərsdə Qarabağ xalq nağıllları, əfsanələr, rəvayətlər, laylalar, oxşamalar, atalar sözləri, məsəllərdən nümunələr toplayaraq təqdim etdilər. Xalq mahnıları və xalq oyunları ilə bağlı videoçarx nümayiş etdirildi. Qarabağ folklorunun Qarabağ torpağı və təbiəti ilə müqayisəsi aparıldı. Sonda şagirdlər bir daha əmin oldular ki, Qarabağ təkcə torpaq kimi yox, həm də mənəviyyatımızın abidəsidir. Burada yaranan folklor ayrı heç yerdə yaranmayıb.