Ümumməktəb heyətinin növbəti onlayn iclası keçirildi
Bakı şəhəri Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbin heyəti ilə 28.12.2020-ci il tarixində Microsoft Teams platforması üzərindən növbəti onlayn iclas keçirildi.
İclasda xüsusu rejimli karantin dövründə tətbiq edilən distant təhsilin təşkili vəziyyəti müzakirə edildi. Aşkarlanmış qüsurlar, müsbət dinamika barədə fikir mübadiləsi aparılmışdır. Bunlarla bərabər Azərbaycan Respublikası Təhsil nazirinin F-512 nömrəli əmrinin icrası ilə bağlı təşkil edilmiş tədbirlər, eyni zamanda bu istiqamətdə növbəti görüləcək işlər barədə danışıldı.