V Məntiq Olimpiadasının məktəb mərhələsi keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadası” təşkil olunması haqqında 30.01.2020-ci il tarixli F-35 nömrəli əmr imzalanmışdır. Olimpiadanın ilk mərhələsinin 2020-ci ilin mart ayında keçirilməsi nəzərdə tutulmasına baxmayaraq mövcud COVİD-19 pandemiyası ilə əlaqədar təşkili mümkün olmamışdır. 2020-ci ilin dekabr ayında olimpiadanın mövcud qaydalar çərçivəsində onlayn şəkildə təşkili həyata keçirilir.

 Məktəbin VI və VII sinif şagirdləri (hər iki bölmə) olimpiadanın məktəb mərhələsindən öncə 19.12.2020-ci il tarixdə sınaq turunda iştirak etdilər.  

20.12.2020-ci il tarixdə isə olimpiadanın birinci mərhələsi (seçim turu) Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi ilə məktəblərin nəzarəti altında onlayn şəkildə təşkil olundu.  Onlayn yarış müsabiqənin şərtlərinə müvafiq olaraq təşkil edildi. Bu turda məktəbimizi 64 nəfər şagird təmsil etdi. Olimpiadanın məktəb mərhələsində  uğur qazanan şagirdlər növbəti mərhələyə, final turunda iştirak hüququ əldə edəcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi