Təlimçi müəllimlərimiz

Azərbaycan Respublikası Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin bilik, bacarıq və səriştələrinin artırılması ilə məqsədilə ixtisasartırma təlimlərinə start verildi. Bakı şəhəri 211 nömrəli tam orta məktəbin ingilis dili fənni üzrə metodisti və fənn müəllimi Gülnar Cəfərzadə ibtidai təhsil pilləsində (I-IV. siniflər) dərs deyən ingilis dili müəllimləri üçün xarici dili fənninin məzmun və metodikası üzrə təlimlərdə təlimçi olaraq fəaliyyət göstərir. Yeni növ koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrində məhdudiyyətlərin qoyulması ilə əlaqədar olaraq təlimlər Microsoft Teams platforması üzərindən onlayn olaraq həyata keçməkdədir. Təlimin məqsədi  2020-2021-ci dərs ilindən etibarən bütün respublika üzrə tədris olunan Happy Campers 1 dərsliyinin tətbiqi metodikasını əhatə etməkdədir.

Təlim Təhsil İşçilərinin Peşəkar İnkişaf Mərkəzi (TİPİM) tərəfindən keçirilir.Təlimdə ibtidai sinifdə dərs deyən ingilis dili müəllimlərinin peşəkarlıq səviyyəsini yüksəltmək məqsədil yanaşı Azərbaycan Resoublika Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Happy Campers 1 dərsliyini ən yeni və müasir üsullarla və pedaqoji ustalıqla şagirdlərə tədris etməyin yolları barəsində nəzəri və praktiki işlər aparılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi