Məktəb heyəti ilə onlayn görüş

26.11.2020-ci il tarixdə məktəb heyəti ilə onlayn görüş təşkil edildi.

Görüş Microsoft Teams platforması üzərindən həyata keçirildi. Onlayn görüşdə məktəbin rəhbərliyi, direktor müavinləri və müəllimlər iştirak etdi. Görüş zamanı məktəbin direktoru Həcər Mahmudova 27 sentyabr 2020-ci il tarixdən başlayan və qalibiyyətlə başa çatan hərbi əməliyyatlar nəticəsində Şuşa şəhərinin və işğal altında olan digər ərazilərimizin azad edilməsi münasibətilə bütün pedaqoji heyəti təbrik etdi. Bu qələbənin əldə edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan respublikası Təhsil Nazirinin 16.11.2020-ci il tarixli, F-512 nömrəli əmrilə təsdiq edilmiş Fəaliyyət Planı ilə Pedaqoji heyəti tanış etdi. Bu istiqamətdə görüləcək işlər barədə məlumat verdi.

Bundan əlavə direktor müavinləri Virtual məktəb platforması üzərindən həyata keçirilən distant dərslərin təşkili vəziyyəti barədə hesabat təqdim etdliər. Distant dərslərin təşkili ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırıldı və müvafiq tövsiyyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi