Pedaqoji Şuranın 2-ci iclası onlayn olaraq keçirildi

02 noyabr 2020-ci il tarixdə Pedaqoji Şuranın 2-ci iclası Microsoft Teams platforması üzərindən onlayn olaraq keçitəşkil edildi.

İclasın gündəliyində duran məsələlər:

1. Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində təhsilin təşkili barədə” 30 Oktyabr 2020-ci il tarixdə qəbul etdiyi qərarın icrası ilə bağlı pedaqoji heyətin qarşısında duran vəzifələr

2. Məktəb sənədləşmələrinin aparılması

3. Cari məsələlər ( qışa hazırlıq işlərinin vəziyyəti)

Bakı şəhəri Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbin direktoru Həcər Mahmudova Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində təhsilin təşkili barədə” 30 Oktyabr 2020-ci il tarixdə qəbul etdiyi qərar və onun icrası ilə bağlı pedaqoji heyətin qarşısında duran vəzifələr barədə çıxış edərək bildirdi ki, 02 noyabr tarixindən başlayaraq dərslərin Microsoft Teams platformasında təşkilinin məsuliyyətini hər birimiz qəbul etməli və var qüvvəmizlə bu işin öhdəsindən layiqincə gəlməyə çalışmalıyıq. Bundan əlavə Distant tədrisin təşkili ilə bağlı şagird və valideynlər arasında maarifləndirmə işləri gücləndirilməlidir ki, bu da birbaşa sinif rəhbərlərinin məsuliyyətini artırır. Çünki, maarifləndirmə nəticəsində valideynlərin öz övladlarına nəzarəti və “Virtual məktəb” platforması üzərindən təşkil olunan distant dərslərdə iştirakını təmin etmələri tədrisin keyfiyyətinə müsbət təsir edəcək.

Sonra təlim-tərbiyə işləri üzrə direktor müavinləri Ş.Balıyeva və V.Qasımov məktəb sənədləşmələrinin təşkili ilə əlaqədar müvafiq təlimatları pedaqoji heyətin nəzərinə çatdıraraq rəsmi sənədləşmələrdə diqqətli və məsuliyyətli olmalarını qeyd etdilər. İclasın gedişi zamanı müəllimləri maraqlandıran suallar məktəb rəhbərliyi tərəfindən cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi