İngilis dilinin beynəlxalq qiymətləndirilməsi

Müasir dövrdə təhsil siyasətinin başlıca funksiyası cəmiyyətə yalnız bilik və bacarıqlara yiyələnən şagird modeli təqdim etmək deyil, eyni zamanda hər hansı xüsusi bir sahədə beynəlxalq təcrübələrdən keçərək özünü sübut edən savadlı və intellektual nəsil yetişdirmək olmalıdır. Təhsilin keyfiyyətinin yüksəldilməsində və şagirdlərin daha əlverişli və səmərəli yollarla inkişafının təmin olunmasında qiymətləndirmə ən aktual məsələlərdən biridir.  
   Təhsilin bütün sahələrində olduğu kimi xarici dilin tədrisində də beynəlxalq qiymətləndirmənin rolu olduqca böyükdür. Ölkədə şagird nailiyyətlərinin beynəlxalq təcrübəyə uyğun qiymətləndirilməsini təmin etmək və beynəlxaq qiymətləndirmə standartlarının tətbiqi üsullarını araşdırmaq istiqamətində bir çox tədbirlər görülmüş və islahatlar aparılmışdır. 
Beynəlxalq qiymətləndirmə proqramlarından biri olan və dünya ölkələrinin bir sıra beynəlxalq məktəblərində tətbiq olunan Beynəlxalq Cambridge Qiymətləndirmə proqramında dünyada hər il 5.5 milyon insan iştirak edir. 
   2019-2020-ci tədris ilinin sonunda məktəbin 5 "A" sinif şagirdi Nəhmətli Turqut və 6 "A" sinif şagirdi Əminə Məmmədova ingilis dili səviyyələrini beynəlxalq standartalara əsasən müəyyənləşdirmək məqsədilə 21.06.2020-ci il tarixində keçirilən beynəlxalq Cambridge imtahanlarında iştirak edərək ən yüksək nəticəyə  (5 şkala üzrə) nail oldular. Buna görə şagirdlərimizi təbrik edir və uğurlarının davamlı olmasını arzu edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi