Məktəbdə Heydər Əliyevin anadan olmasının 93-cü il dönümü ilə əlaqədar tədbir keçirildi.
May ayının 10 – u Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, azərbaycançılıq ideologiyasının banisi ulu öndər Heydər Əliyevin doğum günüdür. H. Əliyevin fəaliyyəti təkcə Azərbaycan coğrafiyası ilə bağlı deyil. O , istər Sovet xalqları müstəvisində və istərsə də Şərqi Avropadan tutmuş Afrika ölkələrinə qədər olan xalqların tarixində böyük rol oynamış , onların həyatına təsir edəcək proseslərə imza atmış bir şəxsiyyətdir.Ulu öndər H.Əliyevin ad günü münasibətilə məktəbimizdə geniş tədbir keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, şagirdlər və valideynlər iştirak etdilər. Azərbaycan həqiqətlərini dünyaya çatdıran , müstəqil Azərbaycan dövlətinin əbədi olmasını qarşısına məqsəd qoymuş Böyük İnsanın həyat və fəaliyyəti işıqlandırıldı, şagirdlər şeirlər və mahnılar ifa etdilər. Sonda məktəbin direktoru V.Babayev çıxış edərək ulu öndərin fəaliyyəti barədə geniş danışdı, H.Əliyevin Azərbaycan xalqı var olduqca daim yaşayacağını bildirdi.