Pedaqoji Şuranın növbədənkənar iclası onlayn olaraq keçirildi
04.06.2020-ci il tarixdə Bakı şəhəri Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbin heyəti üçün onlayn platforma üzərindən Pedaqoji Şuranın növbədənkənar iclası onlayn olaraq keçirildi.
Onlayn iclasın gündəliyində duran məsələlər:
- Tədris ilinin başa çatmasıilə əlaqədar İş rejiminin təşkili
- Məktəbdaxili qiymətləndirilmənin aparılması
Birinci məsələ ilə bağlı məktəbin direktoru Həcər Mahmudova məlumat verdi. Bildirdi ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 30 may 2020-ci il tarixdə “Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə” verilmiş sərəncama əsasən Qanunvericiliklə müəyyən edilmiş xüsusi karantin rejiminin qaydalarına riayət olunmaqla, təhsilalanların qiymətləndirilməsi (attestasiyası), uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu ilə bağlı imtahan və müsahibələr, müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu, tədris və təlim-tərbiyə prosesi ilə birbaşa əlaqəsi olmayan digər tədbirlər istisna olmaqla, 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 21 may 2020-ci il tarixli KQ-03 №-li qərarı ilə təsdiq edilmiş Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22.05.2020-ci il tarixli, 02-14-441/13 nömrəli və 02.06.2020-ci il tarixli, 02-14-452/13 nömrəli təlimatlarını rəhbər tutaraq cari dərs ilinin yekunu ilə əlaqədar məktəbin fəaliyyəti hansı qaydada tənzimlənəcəyi barədə təlimatı təqdim etdi.
2-ci məsələ: təlim-tərbiyə işləri üzrə direktor müavin Valeh Qasımov məlumat verərək bildirdi ki:
Azərbaycan Respublikasında ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması məsələləri aşağıdakı kimi tənzimlənir:
- I sinif şagirdlərinin məktəbdaxili qiymətləndirilməsi aparılmır.
- II - XI sinif şagirdlərinin tədris ilinin I yarımili üçün yarımillik balları və qiymətləri onların tədris ili üzrə müvafiq olaraq illik balları və qiymətləri kimi qəbul edilir.
- İllik ballar və qiymət sinif jurnalı və “Məktəbli kitabçası”nda yazılır.
- Qiyməti ilə razılaşmayan, eləcə də biliyi qiymətləndirlməyən şagirdlərlə bağlı təlimatı pedaqoji heyətin nəzərinə çatdıraraq Valeh Qasımov bir daha məktəb sənədləşmələrinin aparılması zamanı təlimatlara riayət etmələrini tövsiyə etdi.