Növbəti videokonfrans təşkil edildi
18.04.2020-ci il tarixdə məktəb rəhbərliyinin təşkilatçılığı ilə pedaqoji heyət üçün növbəri videokonfrans təşkil edildi.
Videobağlantı zamanı 9-cu sinif şagirdlərinin buraxılış imtahanı üzrə I mərhələdə əldə etdikləri nəticələrin təhlili aparıldı.
Digər məsələ isə VİRTUAL məktəb layihəsində məktəb heyətinin və şagirdlərin fəal iştirakına nail olmaq idi. Sinif rəhbərləri onlayn olaraq sinif şagirdlərinin qeydiyyatı barədə məlumat verdilər. Rəhbərlik tərəfindən sinif rəhbərlərinə şagird və valideynlər arasında Teledərslər və VİRTUAL məktəb layihəsi barədə maarifləndirici işlərin aparılması və davamlı olaraq nəzarətdə saxlamaları tövsiyyə olundu. Bu istiqamətdə yaranacaq hər hansı texniki məsələlərin həlli üçün qarşılıqlı dəstəyin göstərilməsi üçün mütəmadi olaraq məktəb rəhbərliyi, eləcə də inzibati heyətlə əlaqə saxlamaları diqqətə şatdırıldı.