Xeyriyyəçilik təşəbbüsü
Xeyriyyəçilik təşəbbüsü ilə 3 “D” sinif şagirdlərinin müəllim və valideynləri növbəti xeyirxahlığı nümayiş etdirdilər. Məktəbin şagirdi qan xəstəlikləri nəticəsində hal-hazırda müalicə alan Ayselə baş çəkiblər. Görüş zamanı Ayselin ailəsinə sinif şagirdləri tərəfindən toplanmış maddi vəsait təqdim olundu. Ayselə tezliklə sağalmasını, yaşıdları ilə fəal həyat tərzini bərpa edə bilməsini və dərslərinə qayıda bilməsini arzulayırıq.