Xocalıda bir el qaldı

    26.02.2020-ci il tarixdə məktəbin müəllimləri Afaq Hacıyeva və Şəlalə İsmayılovanın təşkilatçılığı ilə “Xocalıda bir el qaldı” ədəbi-bədii gecə keçirildi. Tədbirdə əvvəlcə Azərbaycan dövlət himni səsləndirildi. Xocalı qətliamı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Tədbiri giriş sözü ilə açan məktəbin tarix müəllimi Gülgəz Süleymanova 28 il öncə erməni millətçilərinin Xocalıda törətdikləri qırğının acı nəticələrindən danışdı. Şagirdlər o qanlı gecəni,o günlərin dəhşətlərini, ağlasığmaz vəhşiliyin acısını əks etdirən səhnəcik ifa etdilər. Xocalıya həsrət qalan insanların dili ilə şeir söyləydilər, kompozisiya yaratdılar. Sonra məktəbin direktoru Həcər Mahmudova çıxışında qeyd etdi ki, Xocalıda törədilən bu qətliam, amansızlıq və vəhşilik təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır. Sonda Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş şahmat yarışması və Azərbaycan dilindən məktəbdaxili fənn olimpiadasının qaliblərinə diplomlar təqdim edildi.

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi