Abbas və Zeynəb

    Bu gün məktəbin 5 “C” sinif şagirdləri S.S.Axundov yaradıcılığına müraciət edərək görkəmli yazıçı, dramaturq, dövrünün sevilib-seçilən maarifpərvər müəllimini bir daha yad etmişlər.
    Şagirdlər S.S.Axundovun həyat və yaradıcılığı ilə daha yaxından tanış olmuş,onun uşaqlar üçün yazdığı "Qorxulu nağıllar" adlı hekayələr silsiləsindən "Abbas və Zeynəb" hekayəsini səhnələşdirərək tamaşaya qoymuşdular.
    Tamaşanı məktəbin bütün V sinif şagirdləri izlədilər. Onlarda görkəmli yazıçımız S.S.Axundov yaradıcılığına böyük maraq oyandı. Şagirdlər tədbirdə söz verdilər ki, "Qorxulu nağıllar" silsiləsinə aid olan beş hekayənin tamamını oxuyacaqlar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi