“Sağlam həyat” layihəsi ilə bağlı şagirdlərin əl işlərinə baxış keçirildi

Təhsil Nazirliyinin dəstəyi ilə TİKA-nın keçirdiyi “Sağlam həyat” layihəsi ilə bağlı 29aprel tarixində məktəbimizdə şagirdlərin əl işlərinə baxış keçirildi. Şagirdlər sağlam qida, sağlam həyat tərzi, şəxsi gigiyena, ətraf aləm haqqında əl işləri, divar qəzetləri hazırlayıb nümayəndə heyəti qarşısında təqdim etdilər. Məktəb rəhbərliyi, müəllim və şagirdlərin iştirak etdiyi bu təqdimatda ədviyyatlar, gigiyena və güllər barədə çıxışlar xüsusi maraqla qarşılandı. Seçilmiş əl işləri növbəti mərhələdə PARK İNN otelində sərgilənəcək. Sonda nümayəndə heyəti məktəb rəhbərliyinə və şagirdlərə təşəkkür etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi