"Ana harayı" abidəsinə ziyarət
1992-ci ilin fevralın 26-da Azərbaycanın Xocalı rayonunun əhalisinə qarşı erməni daşnaq qruplarının və havadarlarının törətdiyi soyqırım və zorakılıq heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Bu faciə gənclərimizin vətənpərvər ruhda böyümələrinə və qəlblərində, zehinlərində soyqırım şəhidlərimizin xatirələrini hər an canlı tutmalarına və yaddaşlarda yaşamalarına səbəb oldu. Bu munasibətlə məktəbin şagirdləri hər il olduğu kimi bu gün də Xocalı faciəsinə həsr olunmuş " Ana harayı " abidəsini ziyarət etdilər.