Ana dilim - Hikmət xəzinəm

 "Beynəlxalq Ana dili günü" münasibətilə 211 nömrəli tam orta məktəbdə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində fəaliyyət göstərən, Aynur Əliyevanın rəhbərlik etdiyi "Bədii qiraət" dərnəyinin üzvləri ilə birgə "Ana dilim-Hikmət xəzinəm" adlı tədbir keçirildi. Tədbiri məktəbin direktoru Həcər Mahmudova giriş sözü ilə açaraq 21 Fevral -Beynəlxalq Ana Dili günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi və şagirdlərə hikmət xəzinəmiz olan ana dilimizi hər zaman  sevməyi və qorumağı  tövsiyyə etdi. Tədbirin bədii hissəsində şagirdlər ana dilinə həsr olunmuş müdrik kəlamları təqdim etdilər, şeirlər söylədilər, mahnılar oxudular, səhnəciklər nümayiş etdirdirlər. 
Tədbrin sonunda qonaqlara söz verildi. şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü Fəxrəddin Meydanlı  çıxışında bildirdi ki,  xalqın taleyi, mənəviyyatı və mədəniyyəti olan dil, cəmiyyətin təşəkkülü və inkişafında ən mühüm amillərdən biridir. Ona dövlət dili statusunun verilməsi isə həmin xalqın milli-mədəni özünü ifadə ehtiyaclarının ödənilməsinə geniş imkan yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi