Müasir Olimpiada Biliklərinin İnnovasiyası Layihəsi
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” da nəzərdə tutulan "İstedadlı uşaqların bütün qabiliyyət və imkanlarının üzə çıxarılması, inkişaf etdirilməsi" və həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən istedadlı şagirdlərlə aparılan bir sıra mühüm işlərə dəstək olaraq Beynəlxalq Olimpiada Mərkəzi təsis edilmişdir.
BOM şəhər və rayon (bölgə) müəllimləri arasında davamlı mobil və operativ şəkildə netvörkünün (əməkdaşlığın) qurulması potensiallı müəllimlərin bilik bacarıqlarının üzə çıxarılması və layihələrə cəlb edilməsi, ehtiyacı olan müəllimlərin özünə inkişafına dəstək göstərilməsi, mentor - koçunq sistemini, olimpiada ilə bağlı olaraq prosesləri Azərbaycanda (bölgələrdə) inkişaf etdirmək məqsidi ilə Müasir Olimpiada Biliklərinin İnnovasiyası Layihəsi yaradılmışdır.
30-31 yanvar tarixlərində məktəbin bir qrup müəllimi Müasir Olimpiada Biliklərinin İnnovasiyası Layihəsi çərçivəsində praktik təlimlərdə iştirak etmişdir. Təlim zamanı onlara təkimçilər tərəfindən ümumrespublika və beynəlxalq olimpiadaların öyrənilməsi, təhlili, inkişaf etdirilməsi, olimpiadalar barəsində maarifləndirilmiş, təlimin sonunda isə müdavimlərə sertifikatlar və hədiyyələr təqdim olunmuşdur. İnanırıq ki, təlimdə əldə olunan biliklərin gələcəkdə müsbət nəticələri olacaqdır.