Qanlı Yanvar faciəsi

    14 yanvar tarixində məktəbin 5 ”B” sinif şagirdləri kitabxana müdiri Ülviyyə Fərəcovanın rəhbərliyində “20 Yanvar” faciəsinin ildönümü ilə əlaqədar xüsusi toplantı keçirdilər.
     Şagirdlər “Qanlı Yanvar” faciəsinə həsr edilmiş rəsmlər çəkmiş, foto stendlər, divar qəzetləri, referatlar hazırlayaraq məktəbin foyesində sərgiləmişlər.
     Anım tədbirində ilk öncə qanlı 20 Yanvar hadisələri zamanı həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra toplantıda çıxış edən 5 “B” sinif rəhbəri Cəmalə Zeynalova keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidlərinin qəhramanlıqlarından danışmışdır. Həmçinin məktəbin foyesində şagirdlər 20 yanvar gecəsində baş verən hadisələri özündə əks etdirən videoroliklə baxmışlar. Azyaşlı məktəblilərin bu videorolikə xüsusi diqqətlə baxdığını sezmək çətin deyildi. Sonda uşaqlar tərəfindən səslənən şeirlər və məlumatlar dinləndi.


 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi