Gənc eksperimentçilər

13 yanvar tarixdə məktəbin kimya müəllimi Bəndəliyeva Rəna, fizika müəllimi Məlikova Aygünün rəhbərliyi ilə "Gənc eksperimentçilər" adlı təqdimat keçirildi. Tədbirdə fizika və kimya fənnindən əyləncəli və maraqlı eksperimentlər nümayiş olundu. Eksperimentləri kiçik akademiyanın fəal üzvləri hazırlamışdılar. Təcrübələrin mövzuları kimyadan "Reaksiya nəticəsində qazın çöküntünün alınması, "Maddələrin yanma xassələri", fizikadan isə "Cisimlərin üzmə şərtləri", "Maddələrin istidən genişlənməsi", "Atmosfer təzyiqi. Təzyiq" mövzularını əhatə edirdi. Kiçik akademiyanın fəalları təcrübədə baş verən hadisələri izah etdilər. Gənc fiziklər və kimyaçılar təcrübə mübadiləsində oldular. Kimya və fizika elmlərinin bir-biri ilə əlaqəli olduğunu təcrübi faktlarla sübut etdilər.