Kitab insan ağlının, ruhunun işıq mənbəyidir

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01.05.2015-ci il tarixli, 535 nömrəli əmrinə əsasən "Ədəbiyyat biliciləri" müsabiqəsinin məktəb mərhələsi keçirildi.Müsabiqədə bədii əsər oxumağa meyil və maraq göstərən, Azərbaycan və dünya ədəbiyyatı nümunələrini davamlı mütaliə edən VIII-XI sinif şagirdləri iştirak etdilər. Münsiflər heyətinin nəzarəti ilə keçirilən bu müsabiqədə şagirdlər tərtib olunmuş sorğu vərəqlərindəki müvafiq sualları yazılı şəkildə cavablandırdılar.
Şagirdlərin cavabları məktəb direktorunun əmri ilə yaradılmış işçi qrupu tərəfindən təhlil olundu, daha çox əsər mütaliə edən şagirdlərin dolğun cavabları dəyərləndirildi.