“Qarabağ bizimdir, bizim olacaq”
12 aprel 2016-cı il tarixdə Bakı şəhəri Nəsimi rayonu A. Abdullayev adına 211 saylı tam orta məktəbin II b sinif şagirdlərinin akt zalında “Qarabağ bizimdir, bizim olacaq” adlı tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin ibtidai sinif müəllimi X. Hüseynova 1-6 aprel tarixlərində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni təxribatının qarşısını alarkən Azərbaycan oğullarının hünərindən danışıb qeyd etdi ki, onların bu şücaəti və düşmənə layiqli cavabı Azərbaycanın adını bütün dünyada ucaltdı. Sonra şəhid olan Azərbaycan ordusunun hərbi qulluqçularının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Şagirdlər “Azərbaycan” , “ Qarabağ”,“Milli Ordumuz”, “Əsgər marşı” şeirlərini , vətənpərvərlik mövzusunda mahnıları öz səsləndirdilər.Bu gün kimliyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı müsəlləh əsgər olmalı, hər kəs öz sahəsində ölkəmizinh inkişafı üçün əlindən gələni əsirgəməməlidir. Qoy bütün dünya bilsin ki, Azərbaycanın torpağı uğrunda canlarından keçməyə hazır olan qəhrəman oğullarımız var.