“Həmrəylik Kuboku” intellektual yarışında qalib olduq
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı üzvləri arasında 25 dekabr 2019-ci il tarixdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Həmrəylik Kuboku” intellektual yarışı təşkil olundu. 3 tur davam edən yarışda komandalara dünyagörüşü əhatə edən suallar təqdim olunurdu. Verilən cavabların nəticələrinə əsasən komandalar arasında əzmkarlıq və güclü rəqabətin olduğu hiss olunurdu. Hər 3 turda uğur və inamla mübarizə aparan komandamız 1 xal fərqi ilə II yeri qazanaraq yarışın qalibləri sırasında oldu. Sonda intellektual yarışın təşkilatçıları tərəfindən qaliblərə diplom və hədiyyələr təqdim olundu.