“Kiçik tədqiqatçılar” müsabiqəsinin qalibləri bəlli olub

Paytaxt məktəbliləri arasında keçirilən “Kiçik tədqiqatçılar” müsabiqəsinin qalibləri bəlli olub.

Müsabiqənin final mərhələsinin nəticələrinə əsasən,  211 nömrəli  tam orta məktəbin komandası uğurla iştirak edərək III  yerə layiq görülüblər.

Qalib komandalar BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq. Həmçinin  şəhər mərhələsində iştirak edən bütün komandalara BŞTİ tərəfindən sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, “Kiçik  tədqiqatçılar” müsabiqəsinə ümumilikdə  253 məktəbin komandası qatılıb. Onlardan 26 komanda rayon mərhələsində qalib gələrək şəhər turunda iştirak etmək hüququ qazanıb.

BŞTİ-nin əmrinə əsasən təşkil olunan müsabiqənin əsas məqsədi ibtidai sinif şagirdlərində tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə “Kiçik Akademiya”larda, elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təmsil olunmasını təmin etmək, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə layihələrdə iştirak etmək vərdişlərinin formalaşdırılmasına əlverişli şərait yaratmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi