Breyn-rinq
Dekabrın 20-də məktəbdə fəaliyyət göstərən "Məktəblinin dostu" layihəsi iştirakçıları tərəfindən "Breyn rinq" təşkul olundu. Yarışda 8 komanda, hər komanda da 6 şagird istirak edib.
Breyn-rinqin təşkil olunmasinda əsas məqsəd şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabliyyətlərinin, dünyagöruşlərinin, intellektual səviyyələrinin, müzakirə, təhliletmə, kollektivi təmsiletmə qabliyyətlərinin inkişaf etdirilməsindən ibarət idi.
Məktəbdə keçirilən intellektual oyunda I yerin qalibi 9 ”A” sinifi, II yerin qalibi 9 “B” sinifi, III yerin qalibi isə 8 “Ç” sinifinin şagirdləri oldu. Qalib komandalara diplomlar təqdim edildi.