"Kiçik tədqiqatçılar" müsabiqəsi keçirildi

    İbtidai sinif şagirdlərində tədqiqatçılıq bacarığını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə “Kiçik Akademiya”larda, elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təmsil olunmasını təmin etmək, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəbləri “Kiçik tədqiqatçılar” müsabiqəsində komanda şəklində iştirak edir. Komanda 5 nəfər üzvdən və 1 nəfər komanda rəhbəri müəllimdən təşkil olunmalıdır. Komanda tərkibində II, III və IV siniflərin hər birindən şagird iştirakı nəzərdə tutulmuşdur.

    Müsabiqə çərçivəsində dekabrın 9-u məktəbdə 9 komanda öz layihələrini təqdim etmişlər. 3 "D" sinfinin "Təmiz ətraf mühit"  mövzusunda hazırladıģı layihə münsiflər heyəti tərəfindən bəyənilmiş və 2-ci mərhələyə vəsiqə qazanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi