Cəlil Məmmədquluzadənin anadan olmasının 150-illik yubileyinə həsr olunmuş tədbir

10 dekabr tarixində məktəbdə Cəlil Məmmədquluzadənin150-illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirildi. Gecə məktəbdə fəaliyyət göstərən "Ana dilimizi sevək, sevdirək" adlı dərnək üzvlərinin iştirakı ilə baş tutdu.

Azərbaycan ədəbiyyatında "Molla Nəsrəddin" məktəbinin tənqidi realizmin banisi kimi geniş şöhrət qazanmış görkəmlı yazıçı və tanınmış ictimai xadim Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında geniş məlumat verildi. Ədəbi-bədii gecə Azərbaycan dili və ədəbiyyat müəllimi Həbibova İradə, kitabxana müdiri Fərəcova Ülviyyə və kitabxanaçı Yusubova Rayihənin birgə hazırladıqları ssenari əsasında şagirdlər Cəlil Məmmədquluzadənin əsərlərinə müraciət edərək, muxtəlif obrazlar yaratdılar geriliyi, avamlığı, cəhaləti əks etdirən səhnələr qurdular.

Məktəblilər Mirzə Cəlil dühasından, yüz illər keçsədə aktuallığını itirməyən yaradıcılığından bəhrələndilər-Novruzəli,keyfli İsgəndər, usta Zeynal, Qurbanəli bəy obrazlarına müraciət edərək Mirzə Cəlil qələmi ilə XIX əsr Azərbaycan həyatını tanıdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi