Cəlil Məmmədquluzadənin ev muzeyinə ekskursiya
Şagirdlərin asudə vaxtının təşkili ilə bağlı ekskursiyalar-şagirdlərin potensial imkanlarının üzə çixarılmasında, milli-mənəvi dəyərlərimizə hörmət baxımından mühüm əhəmiyyət kəsb edir.
7 dekabr tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Həbibova İradə və kitabxana müdiri Fərəcova Ülviyyə, kitabxanaçı Yusubova Rayihənin təşkilatçılığı ilə şagirdlər üçün Cəlil Məmmədquluzadənin ev muzeyinə ekskursiya təşkil edildi. Ekskursiyada Azərbaycan ədəbiyyatında "Molla Nəsrəddin" məktəbinin tənqidi realizmin banisi görkəmli yazıçı Cəlil Məmmədquluzadənin həyat və yaradıcılıgı haqqında geniş məlumat verildi. Təşkil olunmuş ekskursiya şagirdlərin böyük marağına səbəb oldu.