"Beynəlxalq Ana dili günü"nə həsr olunmuş xüsusi dərslər

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühüm və güclü vasitədir. Hər bir insan ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, eləcə də soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa da imkan yaradır. Birləşmiş Millətlər Təşkilatının qərarı ilə hər il fevralın 21-də qeyd olunan "Beynəlxalq Ana Dili Günü" də ana dilini qorumaq, hər bir ölkənin ictimai-siyasi həyatında doğma dilin rolunu artırmaq məqsədi daşıyır. Bu gün məktəbimizdə xüsusi təntənə ilə qeyd olunur. Bununla əlaqədar olaraq məktəbimizin ayrı-ayrı siniflərində "Ana dili günü"nə həsr olunmuş xüsusi dərslər keçirilib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi