Mütaliənin insan həyatında rolu

19.02.2018-ci il tarixində məktəbdə "Mütaliənin insan həyatında rolu" mövzusunda növbəti kitab müzakirəsi olub. Məktəbin ana dili müəllimi Maral Quliyevanın təşkilatçılığı ilə V sİnif şagirdlərinin təqdimatında "Azərbaycan nağılları"nın müzakirəsini keçirib. Şagirdlərdən Əliyeva Aydan, Əsədli Nihad, Abdullayeva Ləman, Həsənova Humay və Əzizov Mirzə nağıllardakı müsbət və mənfi obrazları, həmçinin həmin nağıllardakı təbliğ olunan əxlaqi keyfiyyətləri xüsusi məharətlə təhlil ediblər.Disskusiya n da şagirdlərin tam fəallığı ilə keçib. Maral müəllimə çıxış edərək qeyd etdi ki, insan mütaliə ilə həyatda özündə gözəl əxlaqi keyfiyyətlərlə tərbiyə edə bilər, düzgün danışmaq qabiliyyətinə yiyələnə bilər. Sonda məktəbin direktoru Rəna Ağazadə məktəbdə mütaliə ilə əlaqədar müzakirələrini bir ənənəyə çevrildiyini və bundan çox məmnun olduğunu bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi