Fizika gecəsi

16 fevral 2018-ci il  tarixində məktəbdə fizika həftəsi çərçivəsində "Fizika gecəsi" keçirilib. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Şagirdlər  öz çıxışlarında fizikanın həyat elmi olması, həyatın bir sıra qanunlarının, qanunauyğunluqlarının bu elmin tədqiqat obyekti kimi araşdırılması haqqında məlumat veriblər. Hazırlanmış səhnəcikdə şagirdlər fizikanın gündəlik həyatımızda rolunun nə qədər vacibliyini ön plana çəkiblər. Viktorina keçirilib, maraqlı və əyləncəli məntiqi suallar bütün şagirdlərin marağına səbəb olub.  Məktəbin direktoru Rəna Ağazadə çıxış edərək bildirib ki, şagirdlərin hələ məktəb yaşlarından müxtəlif fiziki hadisələrə yaxından bələd olması onların həyat, təbiət haqqında dünyagörüşünü artırmaqla yanaşı, cəmiyyətdə yaşamaq üçün bir sıra həyati bacarıqları mənimsəmələrinə imkan yaradır. Tədbirin sonunda məktəbin bir qrup şagirdi Fəxri Fərmanla mukafatlandırılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi