Ürəklərdə yaşayan ad!

7 Fevral Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan silahlı qüvvələrinin çox sayda əskər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur. Mübariz  Vətənin yaşamasını özünün bir ömür yaşamaq şirinliyindən üstün tutub canından keçdi. Onun qəhrəmanlığı gənclərimiz üçün bir örnək olacaqdır. Bununla əlaqədar olaraq məktəbin hərbi rəhbəri Cəfər Mehdiyevin rəhbərliyi ilə bir qrup şagirdimiz qəhrəmanımızın uyuduğu II Fəxri Xiyabanı ziyarət etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi