20 Yanvar faciəsi - xalqımızın qan yaddaşıdır

20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq. Bununla əlaqədar olaraq məktəbimizdə yanvarın 19-da  "20 Yanvar faciəsi - xalqımızın qan yaddaşıdır" adlı ədəbi-bədii kompozisiya keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Sonra tədbir iştirakçıları vətənimizin  azadlığı  və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin və məktəbimizin adını daşıdığı 20 Yanvar şəhidi Eldar Məmmədovun  əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Şagirdlər həmin günün dəhşətlərini əks etdirən şeirlər, məlumatlar səsləndirdilər.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi