20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərs
1990-cı il 20 Yanvar hadisələrindən 28 il keçir. Keçmiş sovet dövlətinin hərbi maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qara səhifə olaraq qalacaqdır. Bununla əlaqədar olaraq məktəbimizdə də hər il olduğu kimi bir sıra silsilə tədbirlər keçirilməkdədir. Məktəbin informatika müəllimi Kəmalə Allahverdiyevanın təşkilatçılığı ilə 8"A" sinfində 20Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünə həsr olunmuş xüsusi dərs keçirilib.