20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi səkkiz il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Bununla əlaqədar olaraq məktəbdə "20 Yanvar tarixin şanlı səhifəsidir" adlı guşələr hazırlanıb. Bu guşələr həm məktəbin dəhlizində, həm də ayrı-ayrı sinif otaqlarında hazırlanıb. Burada şagirdlərin rəsm işləri və hazırladıqları plakatlar sərgilənib.