Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi
Məktəbimizin 10-cu sinif şagirdləri İsrafilova Rəfiqə və Şirəliyeva Ramilə "İnteqrativ tədris üsullarından istifadə etməklə ümumi orta təhsil səviyyəsində şagirdlərin fənn bilimləri, riyaziyyat və oxu bacarıqlarının inkişaf etdirilməsi" layihəsi üzrə keçirilən təlim-seminarlarda iştirak etmiş və yekun qiymətləndirilmədə yüksək bacarıqlara yiyələndiyini nümayiş etdirmişdir. Bununla əlaqədar olaraq şagirdlərimiz Bakı şəhəri Humanitar fənlər təmayüllü məktəb-liseydə keçirilmiş "Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi"nin sertifikatı ilə təltif olunmuşlar.