Şövkət Məmmədova-120
2017-ci ildə Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ xalq artisti, professor Şövkət Həsən qızı Məmmədovanın 120 illiyi tamam olur. Şövkət xanım Məmmədova dünya vokal məktəbinin yüksək nailiyyətlərini milli musiqi ənənələri ilə ahəngdar şəkildə əlaqələndirərək Azərbaycan opera sənəti tarixinə parlaq səhifələr yazıb. Onun tanınmış ictimai xadim və görkəmli pedaqoq kimi ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə uzun illər ərzində geniş, səmərəli və təqdirəlayiq fəaliyyəti vətənə, xalqa xidmətin bariz nümunəsidir. Azərbaycan Prezidentinin “Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında” sərəncamına əsasən məktəbdə dahi opera müğənnisi Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirilib.