Azərbaycan qadını dünən və bu gün

13.12.2017-ci il tarixində məktəbdə kitabxanaçılar-Zümrüd Balayeva və Rəhilə Əliyevanın və  dil-ədəbiyyat müəllimi Maral Quliyevanın rəhbərliyi ilə "Azərbaycan qadını dünən və bu gün" mövzusunda ədəbi kompozisiya keçirilib. Tədbirdə məktəbin şagirdləri "ədəbiyyatımızda Azərbaycan qadınının həyatı" ilə əlaqədar əsərlərə müraciət ediblər. Onlar M.Ə.Sabirin, C.Məmmədquluzadənin , C.Cabbarlının qadınlarımızın keçən əsrin əvvələrində öz hüquqları uörunda apardıqları mücadiləyə həsr etdikləri əsərləri müzakirə ediblər. Tədbirdə, əsasən C.Cabbarlının "Dilbər", "Gülər" hekiayələri və "Sevil" pyesi müzakirə olunub. IX"a" sinif şagirdləri Şəfiqə Orucova və Hüseyn "Sevil" əsərindən hazırladıqları bir hissəni təqdim ediblər. IX sinif şagirdi şəfiqə Orucova qadınlarımızın bugünkü uöurlarından danışdı. Azərbaycanın birinci xanımı , YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dünya miqyasında gördüyü maarifpərvər və xeyirxah işlərdən danışıb. Sonda məktəbin direktoru Rəna Ağazadə çıxış edərək şagird və müəllimləri belə aktual mövzuya toxunduqları üçün təşəkkür edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi