Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Dəyirmi masa" keçirilib

12.12.2017-ci il tarixində məktəbin tarix müəllimi Xatirə İsmayılova əfsanəvi şəxsiyyət, ulu öndər, böyük rəhbər, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Dəyirmi masa" keçirib. Tədbiri giriş sözü ilə açan Xatirə İsmayılova Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd etdi. Bildirdi ki, Ulu Öndər Heydər Əliyev özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də, xalqımız Ümummilli Lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb. Cıxış edən şagirdlər Ulu Öndərin həyatı, fəaliyyəti haqqında geniş məlumat verdilər. Ulu Öndərin zəngin həyatını əks etdirən qısametrajlı film nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi