Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Bu gün  ümummilli liderimiz Heydər Əliyevin anım günüdür. Bununla əlaqədar olaraq məktəbdə silsilə tədbirlər keçirilməkdədir. Kitabxanaçılar Zümrüd Balayeva və Rəhilə Əliyeva  4 "E" sinfi ilə  birgə "Azadlığa inamı xalqa sən bağışladın" adlı tədbir keçirib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlandı, sonra tədbir iştirakçıları Ulu öndərin ruhunu bir dəqiqəlik sükütla yad etdilər. Şagirdlər ümummilli liderimizə həsr olunmuş şeirlər söylədilər. Dahi şəxsiyyətin həyatını əks etdirən film nümayiş olundu. Tədbirdə çıxış edən məktəbin direktoru Rəna Ağazadə bildirdi ki, vəfatından sonra xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır. Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan öz nəcib əməlləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi