"Ölkəmizi tanıyaq" mövzusunda inşa-yazı müsabiqəsi keçirilib
23 Noyabr 2017-ci il tarixində Bakı Biznes Universitetində Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu rayonun məktəbliləri arasında “Ölkəmizi tanıyaq” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib. Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsinin məktəblilərin dünyagörüşünün formalaşmasında və inkişafında, onların vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rolunu diqqətə çatdırıb, şagirdlərə təhsildə uğurlar arzulayıb. Məktəbimizin şagirdləri bu müsabiqədə iştirak edib. Keçirilən inşa-yazı müsabiqəsinin nəticələrinə görə 10"A" sinif şagirdi İsrafilova Rəfiqə 1-ci yerə layiq görülüb. Məktəb adından hamımız Rəfiqəni təbrik edib, ona uğurlar arzulayırıq.