Məktəbdə "8 Noyabr-Zəfər Günü"nə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmışdır.Zəfər Günü Azərbaycan xalqının tarixinin ən qürurlu, fəxarətli günüdür. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Bu tarixi Qələbə günü ilə bağlı məktəbimizdə müxtəlif səpkidə tədbirlər keçirilməkdədir. 

Belə ki, məktəbdə Zəfər Gününə həsr olunmuş  “Dəyirmi masa”lar, “Açıq dərs”lər, rəsm və əl işləri sərgisi, eləcə də şagirdlərin Şəhidlər Xiyabanına və Hərbi Qənimətlər Parkına ekskursiyaları təşkil olunub. Tədbirlər ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb. Şagirdlərə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış, fəxarətlə, qürurla anılan Zəfər Günü barədə ətraflı məlumat verilib, Ali Baş Komandan, Prezident İlham Əliyevin Zəfər salnaməsindən bəhs edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi