Zəfərin mübarək, Vətən!
Zəfər Günü Azərbaycan xalqının tarixinin ən qürurlu, fəxarətli günüdür. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Bununla əlaqədar olaraq məktəbin ibtidai sinif müəllimi Səməngül Muradova 4"B" sinif şagirdləri ilə birgə "Zəfərin mübarək, Vətən!" adlı tədbir keçirib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin ruhu birdəqiqəlik sükutla anılıb. Şagirdlərin ifasında Vətənə, şəhidlərə həsr olunmuş şeirlər,mahnılar səsləndirilib.