Məktəbdə "Son zəng" tədbiri keçirilib
Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən 14 iyun 2024-cü il tarixində bütün ümumtəhsil məktəblərində olduğu kimi məktəbimizdə də “Son Zəng” tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olunub. Daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir rəsmi və bədii olmaqla 2 hissədən ibarət olub. Rəsmi hissədə məktəbin diektoru Elgün Əliyev çıxış edərək məzunları və onların valideynlərini təbrik edib, bütün şagirdlərin üzərində əvəzsiz əməyi olan müəllimlərə minnətdarlığını bildirib. Daha sonra qonaq qismində iştirak edən Yasamal rayonu İcra Hakimiyyətinin nümayəndəsi çıxış edərək “Son Zəng” münasibətilə məzunları təbrik edib və onlara qədəm qoyduqları yeni həyat yolunda uğurlar arzulayıb. Tədbirin bədii hissəsində məktəbin məzunları tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Sonda ənənəvi olaraq bu ilin məzunları məktəbin simvolik açarını gələn ilin məzunlarına təhvil veriblər, birincilərin iştirakı ilə son zəng calınıb.