1 DEKABR ÜMUMDÜNYA QİÇS – LƏ MÜBARİZƏ GÜNÜ

    Noyabrın 30 – da “1 dekabr Ümumdünya QİÇS – lə mübarizə günü” münasibətilə məktəbin psixoloqu Zülfiyyə Məsimova və tibb bacısı Rəmziyyə Əliyevanın iştirakı ilə tədbir keçirildi. Tədbirdə direktor, müəllimlər və şagirlər iştirak ediblər. Tədbirin məqsədi yeniyetmələri bu təhlükəli virusdan xəbərdar etmək, onlar özlərini necə qorumalı olduqlarını aşılamaq idi. Tədbiri məktəbin psixoloqu Zülfiyyə Məsimova açıq elan etdi o, öz çıxışında diqqətə çatdırdı ki, xəstəlik ilk dəfə 1981-ci ildə Amerikada aşkar edilib. QİÇS  keçici və ölümcül bir xəstəlikdir. Bu virus insanın immunitetini aşağı salaraq, bədənin normalda gücü çatdığı bir çox xəstəliklərdən qorumamasına səbəb olur. Siptomları: yorğunluq ( səbəbsiz), limfa vəzlərində şişkinlik, ağızda və dəridə hədsiz uçuqlar, gecə tərləməsi, arıqlama, ishal (qarın getmə), öskürək. Tədbirdə video çarxlar və şəkillər nümayiş etdirildi. Məktəbin tibb bacısı Əliyeva Rəmziyyə öz çıxışında immunitet haqqında şagirdlərə geniş məlumat verdi. İmmunitet bədənimizin dəri və orqanlardan yaranır, bədənimizə girən bakteriyalarla, mikroblarla, viruslarlar toksinlərə və parazitlərlə mübarizə aparır. QİÇS-dən necə qorunmalıyıq: təmizliyə riayət başqalarına istifadə edilən əşyaların dizinfeksiya edilərək istifadə edilməsi ,diş həkimində alətlərin sterilizə olunmasına diqqət etmələrini tapşırdı.

    Sonda məktəbin direktoru Xoşqədəm Bağırova çıxış edərək edərək bəşəriyyətin ən böyük bəlalarından olan QİÇS – in insanların həyatına, sağlamlığına ciddi təhlükə yaratdığını vurğulayaraq, zərərli vərdişlərdən uzaq durmağın vacibliyini qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi