"YAŞIL PATRUL" ADLI TƏDBİR

“Alyans” canlı aləmin mühafizəsi İctimai Birliyinin təşkilatçılığı ilə 25 noyabr 2019-cu il tarixdə məktəbin VI-VII sinif şagirdləri və müəllimlərin iştirakı ilə “Yaşıl Patrul” adlı tədbir keçirildi.

Şagirdlərə “Yaşıl Patrul” – Ekoloji ictimai Nəzarətin möhkəmləndirilməsi ev heyvanlarının , ətraf mühitin qorunması, heyvanlar aləmi eləcədə “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında sənədli filmlər və maarifləndirici söhbət aparıldı. Tədbirin keçirilməsində məqsəd əhali ilə ətraf mühit və canlı aləm arasında harmoniyanın bərpası, humanist təfəkkürlü cəmiyyətin formalaşdırılmasına çalışmaq, canlı aləmə etik yanaşma və mütamadi qayğı göstərilməsində, qorunmasında hər bir vətandaşın bir insan kimi məsulliyyətli olduğunu anlatmaq, vətəndaşların canlı aləm, bioloji müxtəlifliyin, heyvanlar aləminin mühafizəsi, rifahının yaxşılaşdırılmasını aşılamaqdan ibarətdir. 

Tədbir şagirdlərə xoş təəsürat bağışladı və tədbirin sonunda şagirdlər fəal iştiraklarına görə sertifikatlarla təltif olundular. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi