MONİTORİNQ
Məktəbin fəaliyyət planına uyğun olaraq Noyabrın 22 – də V siniflərdə özünüqiymətləndirmənin formalaşdırılması və tətbiqi üçün zəmin yaradılması məqsədilə ana dili, ingilis dili və riyaziyyat fənləri üzrə monitorinq keçirildi. Hər fənn üzrə 15 sual olmaqla ümumilikdə 45 qapalı test tapşırığını cavablandırdılar. Monitorinq V sinif şagirdlərinin öyrəndikləri bilik və bacarıq keyfiyyətinin öyrənilməsi, vəziyyətinin müəyyənləşdirilməsi idi. Şagirdlərin sərbəst işi təmin edildi.
Monitorinqin şəffaf və təlimata uyğun keçirilməsi məqsədilə məktəb rəhbərliyi tərəfindən hər bir sinif və fənn üzrə məsul şəxslər, həmçinin qeyri fənn müəllimlərindən ibarət nəzarətçilər müəyyənləşdirildi.
Monitorinq bitdikdən sonra sual vərəqləri yığılıb yoxlanmaq üçün məsul şəxsə təhvil verildi.